525.Az

"Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin adları açıqlandı


 

"Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin adları açıqlandı<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikası Vergilər Nazirliyinin "Vergilər" qəzetinin birgə təşkil etdiyi "Heydər Əliyev Azərbaycanda vergi siyasəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun müxtəlif dövlət orqanları ilə birgə jurnalistlər arasında müsabiqələr təşkil etdiyini vurğulayıb. Belə müsabiqələrin artıq xoş ənənəyə çevrildiyini deyən Ə.Amaşov görülən tədbirlərin jurnalist peşəkarlığının artırılmasına, media ilə dövlət təşkilatları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək olduğunu önə çəkib. "Mətbuat Şurası artıq ikinci ildir ki, Vergilər Nazirliyinin "Vergilər" qəzeti ilə birgə müsabiqə təşkil edir. Hesab edirəm ki, bu ənənənin davamı olacaq. Belə düşünməyim üçün əsaslar var. Çünki müsabiqəyə jurnalist marağı həddən artıq böyük olub. Qısa müddət ərzində 64 yazı təqdim edilib. Yazılar üç istiqaməti əhatə edib. Bunlardan biri əmək müqavilələri ilə bağlı idi. "Vergi partnyorluğu: qarşılıqlı inam etimad körpüsü" adlı ikinci "Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti" adlı üçüncü istiqamətlər nəzərdə tutulmuşdu. Bu gün hər istiqamət üzrə birinci, ikinci üçüncü yerlərin sahibləri təltif ediləcəklər. Eləcə həvəsləndirici mükafata layiq görülənlərin adları açıqlanacaq", - deyə o vurğulayıb.

"Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev çıxışında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş müsabiqəyə təqdim edilmiş yazılar üçün xarakterik sayılan cəhətlərdən söz açıb. O, materialların ümumən peşəkar hazırlandığını diqqətə çatdırıb. Bəzi nümunələrin həqiqi yaradıcılığın tələbləri baxımından yetərsizliyinə diqqət çəkən A.Əliyev bildirib ki, nəzərdə tutulan üç istiqamət üzrə təqdim edilən yazıların ümumi sayı demək olar, bərabər olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun təşkil etdiyi yazı müsabiqələri üçün xarakterik xüsusiyyətlərdən söz açıb. O bildirib ki, ümumən peşəkarlığın artırılmasına yönələn bu tədbirlərin eyni zamanda jurnalistlərin maddi durumlarının yaxşılaşdırılmasına dəstək baxımından da önəmi böyükdür. V.Səfərli çıxışında həmçinin KİVDF-nin hər il jurnalistlər arasında müxtəlif istiqamətlər üzrə 10-dək müsabiqə təşkil etdiyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli jurnalistlər arasında keçirilən yazı müsabiqələrinin ümumən onların peşəkarlıq səviyyələrinin artırılmasına müsbət təsir göstərdiyini vurğulayıb. Bununla belə bir sıra istiqamətlər üzrə təkmilləşmələrə ehtiyacın duyulduğundan söz açan C.Məmmədli müxtəlif dövlət qurumlarının bu işdə təşəbbüskar kimi çıxış etmələrini vacib amil kimi dəyərləndirib.

Müsabiqədə istiqamətlər üzrə birinci yerə layiq görülənlərə 800, ikinci yerin sahiblərinə 500, üçüncülük əldə edənlərə 300, həvəsləndirici mükafatla təltif olunanlara 100 manat, eyni zamanda müvafiq diplom plaketlər təqdim edilib.

 

I. Heydər Əliyevin iqtisadi inkişaf

strategiyasında vergi siyasəti

 

1.Vaqif Bayramov, "Xalq qəzeti"

2. Akif Cabbarlı, İctimai Televiziya

3. İradə Cəlil, "Ekspress" qəzeti

 

II. Vergi Partnyorluğu:

qarşılıqlı inam etimad körpüsü

 

1. Rasim Bayramov, "Mövqe" qəzeti

2. İlahə Məmmədli, "Trend" İA

3. Xəyalə Mustafayeva, "Xəbərservis" İA

 

III. Əmək müqaviləsi: gələcəyə təminat

 

1. Pərvin Məmmədova, "Modern.az" saytı

2. Anar Miriyev, "Palitra" qəzeti

3. Fazil İsmayılov, "Mübariz" qəzeti (region)

 

Həvəsləndiricilər:

 

1. Məlahət Rzayeva, "Şərq" qəzeti

2. Vasif Cəfərov, "Ekspress" qəzeti

3. Şəfa Tapdıq, "Kaspi" qəzeti

4. Zahid Cəfərov, "Yeni Azərbaycan" qəzeti

5. Amid İsgəndərov, "aznyus.az" saytı

6. Zəkurə Quliyeva, "Qarabağ" qəzeti

7. Sadiq Qarayev, "Azərbaycan işıqları" qəzeti

8. Fərqanə Vəkilova, "Biznes tayms" qəzeti

9. Müşfiq Cəfərov, "Respublika" qəzeti

10. Nizam Rzayev, lent.az saytı

 





13.06.2014    çap et  çap et