525.Az

Təhsil İdarəsi Könüllülük Proqramına start verir


 

Təhsil İdarəsi Könüllülük Proqramına start verir<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) VII Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən məlumata görə, intizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

VII Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən şəxsi məlumatlarını (CV)​ 26 sentyabr - 5 oktyabr 2022-ci il tarixlərində​ [email protected]​ elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki,​ Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir.​ İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Sevinc Qarayeva

 





26.09.2022    çap et  çap et