525.Az

Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması sahəsində gördüyü işlər dünya üçün yaxşı nümunə kimi təqdir olunub


 

Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması sahəsində gördüyü işlər dünya üçün yaxşı nümunə kimi təqdir olunub<b style="color:red"></b>

Azərbaycanın dünya ölkələri sırasında yeni bir uğura imza atması ilə bağlı xəbərə Facebook-da (https://www.facebook.com/below2c?fref=ts) rast gəldik. Apardığımız araşdırma zamanı isə öyrəndik ki, iqlim dəyişmələri üzrə dünyada tanınmış QHT olan həmişə keçmiş sovet respublikalarında ekoloji problemləri, xüsusilə iqlim dəyişmələrinə laqeyd münasibəti  tənqid edən İqlim Fəaliyyət Şəbəkəsi (Climate Action Network) bu məlumatı öz saytında  (http://below2.ru/2014/06/09/azjn/) yerləşdirib, eyni zamanda xəbər dünya mətbuatında (http://www.rtcc.org/2014/06/12/azerbaijan-and-georgia-are-taking-the-silent-lead-on-climate-action/) sosial şəbəkələrdə yayılıb. Məşhur QHT "Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alır" başlıqlı şərhi ilə Azərbaycanın bu sahədəki ambisiyalarını dəyərləndirib: "Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına yer verir....."

İqlim dəyişmələri probleminə ilə izah olunur bəşəriyyəti narahat edən nədir? Təbii ki, söhbət qlobal istiləşmədən gedir ekoloqların da qlobal olaraq gündəliyində dayanan məsələ budur. Araşdırmanı davam etdirərək iqlim dəyişmələri problemi ilə bağlı dünya ölkələrinin yüksək səviyyəli nümayəndələrinin ekspert qruplarının bir neçə gün əvvəl bir araya gəlməsi barədə məlumatı da xarici mənbələrdən aldıq. Almaniyanın Bonn şəhərində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına Yüksək Səviyyəli Hazırlıq Görüşü" keçirilib son məlumatların təhlili əsasında qlobal istiləşmənin temperatur həddinin 2 dərəcə selsi çərçivəsində saxlanılması üçün rəylər təqdim edilib. Hazırda temperaturun məhz 2 dərəcə artmasının kritik temperatur həddi kimi qəbul olunduğu bu həddin keçilməsinin bəşəriyyət üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağı bildirilib. Bununla belə,  mütəxəssislər ötən onilliklər ərzində artmaqda davam edən qlobal temperatur artımının dayandırılmasına 2 dərəcə selsi çərçivəsində saxlanılmasına hələlik bəşəriyyətin şansı olduğunu diqqətə çatdırıb qeyd olunub ki, hazırda BMT-nin apardığı danışıqlar da bu dəyişmənin qarşısını almaq üçün 2020-ci ildən sonrakı dövr üçün Kioto protokolunu əvəz edəcək yeni beynəlxalq iqlim sazişinin işlənib hazırlanmasına yönəlib. Yəni ölkələr təkcə yeni saziş çərçivəsində tullantıların azaldılması üzrə öz öhdəliklərinə (2020-ci ildən sonra) əməl etməli deyil, həm 2020-ci ilə qədər olan dövr ərzində bu məsələyə daha ciddi yanaşmalı bu sahədə müvafiq töhfələr verməlidirlər. Məhz bu məqamla əlaqədar bu mötəbər görüşdə ekspertlər xoş sürprizlə qarşılaşıb Azərbaycan dövlətinin təqdim etdiyi hesabat böyük rezonansa səbəb olub...

"Azərbaycan iqlim dəyişmələrinin qarşısının  alınmasında liderliyi ələ alıb"- deyən xarici mütəxəssislər təbii ki, Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlara rəqəmlərə əsaslanıb, real nəticələri təhlil etdikdən sonra bu qənaətə gəlib. Başqa sözlə, onlara həqiqətən bu ölkənin iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ almasına dəlalət edən təkzibolunmaz arqumentlər təqdim olunub, əks təqdirdə onsuz da ikili standartlar çərçivəsindən uzağa gedə bilməyən bəzi beynəlxalq qurumlar Azərbaycana qarşı ənənəvi manipulyativ mövqedən çıxış etməkdən çəkinməzdilər.

Amma əvvəlcə məlumatlara diqqət yetirək qeyd edək ki, tədbirdə Azərbaycanı Ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Müraciətimizə cavab olaraq bunu ETSN-nin mətbuat xidmətində təsdiqləyiblər. Bildirilib ki, 5-6 iyun 2014- il tarixlərində Almaniyanın Bonn şəhərində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Perunun Lima şəhərində baş tutacaq Tərəflər Konfransına Yüksək Səviyyəli  (Nazirlər səviyyəsində) Hazırlıq Görüşü" keçirilib.

Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyə yüksəlməsi məsələsinin gündəmə gəlməsini zəruri edən səbəblər təfsilatı üçün yenidən xarici mənbələrin şərhinə qayıdırıq: "...yüksək səviyyəli görüşün xoş sürprizlərindən biri Azərbaycanın Ekologiya Təbii Sərvətlər Naziri H.Bağırovun çıxışı olub. Onun Azərbaycanda, əksər postsovet ölkələrinə xas olan iqtisadi eniş hesabına deyil, az karbonlu tullantılı istehsalata keçməyi təmin edən dövlət proqramları sayəsində ətraf mühitə atılan istilik effekti yaradan qazların həcminin azaldılmasında irəliləyişə nail olunması barədə məruzəsi geniş rezonans müsbət reaksiya doğurub..." ETSN-nin mətbuat xidmətinin Azərbaycan nümayəndə heyətinə istinadən verdiyi məlumata görə, Azərbaycan hökumətinin təqdim etdiyi hesabatdakı faktlar başqa inkişaf etməkdə olan fövqəl surətdə inkişaf edən ölkələrin nümayəndələrinin çıxışlarındakından fərqli olaraq inkişaf etmiş ölkələrdən daha çox yardım almaq ideyası üzərində yox, ölkənin öz imkanlarına söykənərək gördüyü görməkdə olduğu işlər barədə real rəqəmlər üzərində qurulduğundan tədbirdə iştirak edən mütəxəssislər,  QHT-lər media nümayəndələri tərəfindən maraqla qarşılanıb yüksək qiymətləndirilib. Yüksək səviyyəli görüş beynəlxalq ekspertlərin dünya mətbuatının diqqət mərkəzində olduğundan bir sıra mətbuat orqanlarında Azərbaycanın bu sahədə gördüyü işlər başqalarına yaxşı nümunə kimi təqdir olunub. Öyrəndik ki, həqiqətən Azərbaycanın təqdim etdiyi hesabatda görülən işlərin ölkənin öz maliyyə imkanları hesabına reallaşmasının vurğulanması daha çox diqqət çəkib (Avropanın, həmçinin dünyanın bəzi ölkələrində hələ davam edən maliyyə böhranına rəğmən Azərbaycanın özünün maliyyə imkanlarına malik olması bəzi ikili standart həvəskarlarını vicdanlarının səsinə qulaq asmağa vadar edib). Çünki əksər ölkələr qlobal iqlim dəyişmələrinin səbəbkarı kimi inkişaf etmiş ölkələri, xüsusən Avropa ölkələrini ABŞ-ı günahlandırır (iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələrin ətraf mühitə atdığı istilik effekti yaradan qazların həcmi dəfələrlə yüksəkdir) bunun müqabilində iqlim dəyişmələrinin qarşısının alınması üçün həmin ölkələrdən maliyyə vəsaiti tələb edir. Azərbaycan dövlətinin isə bu işləri öz resursları hesabına, ölkənin xalqın gələcəyi naminə etdiyini, bundan sonra da bu prosesin davamlı olacağını bəyan etməsi, göründüyü kimi beynəlxalq rezonansa səbəb olub.

Liderliyə aparan strateji xətt: faktlar rəqəmlər göstərir ki, həqiqətən Azərbaycan dövləti xalqın, ölkənin gələcəyi üçün bütün sahələrdə müasir dünyada cərəyan edən aktual prosesləri prioritet istiqamətlər kimi səciyyələndirir, buna uyğun olaraq öz perspektiv inkişaf yolunu cızır. Bu ölkə indi heç bir tövsiyə tələb gözləmədən gələcək üçün tarix qarşısında öz vəzifələrini yerinə yetirir.

Bütün bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ölkənin gördüyü işlər bütün reallığı ilə ortadadır. Rəqəmlər doğrudan da kifayət qədər gözə çarpandır. Məsələn, SSRİ-dən ayrılanda Kioto protokoluna qoşulanda Azərbaycan atmosferə ildə 71 mln. ton istilik effekti verən qaz tullantıları atırdı. Hesab olunurdu ki, SSRİ-nin iqtisadiyyatı dağılandan sonra tullantıların həcmi 34 mln tona düşüb.  Amma indi Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, deməli tullantılar da 4 dəfə artmalı idi. Lakin tullantılar hələ 70 faiz səviyyəsində qalıb bu da məntiqidir. Çünki dövlət proqramlarına uyğun olaraq Azərbaycanda kimya zavodlarının əvəzinə qida zavodları tikildi ona görə istilik effekti yaradan qazların ətraf mühitə atılmasının həcmi artmır, əksinə azalmağa doğru gedir. Ona görə ki, neft sənayesində ümumi istehsal həcmi 2 faiz azalıb, əksinə qeyri-neft sənayesində 10 faiz artım qeydə alınıb. İqtisadiyyatımız isə inkişaf edir.

Digər tərəfdən, sözügedən görüşdə Azərbaycan tərəfinin təqdim etdiyi hesabatda göstərildiyi kimi "artıq Azərbaycanda alternativ bərpaolunan enerji mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, bərpaolunan enerji mənbələri üzrə Dövlət Proqramı qəbul edilib bu sahədə Milli Strategiya hazırlanır. Bunun nəticəsidir ki, ölkədə enerji istehsalında bərpaolunan enerji mənbələrinin real payı 11 faizə çatdırılıb. Hazırlanan Milli Strategiyada isə 2030-cu ilə qədər termal, günəş külək enerjisinin payının 30 faizə qədər yüksəlməsi nəzərdə tutulur". Bunlar təkzibolunmaz faktlar rəqəmlərdir.

Araşdırma göstərir ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu yöndə ardıcıl olaraq tədbirlər görülüb. Dövlət başçısının apardığı məqsədyönlü siyasətə uyğun olaraq bu sahədə aydın, şəffaf, bilavasitə gələcəyə hesablanan strateji xətt müəyyənləşdirilib. Vaxtında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq görülmüş tədbirlər bu gün Azərbaycanın beynəlxalq arenada məhz bu yöndə liderliyə çatmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı  2004- il 21 oktyabr tarixli sərəncamla "Azərbaycan Respublikasında alternativ bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı",  2005-ci il 14 fevral tarixli Sərəncamla "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" təsdiq edilib. "Alternativ bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2013- il 1 fevral tarixli Fərmanı "2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Sərəncamı imzalanıb. 2011-ci ildən etibarən Alternativ Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən aşağıdakı layihələr həyata keçirilir:

2011-ci ildə Qobustan rayonu ərazisində hər birinin gücü 0,9 MVt-a çatan üç külək turbini, 1,8 MVt gücündə günəş enerjisi stansiyası 1 MVt gücündə bioenerji qurğusu yaradılıb,

Xızı rayonu ərazisində gücü 15 MVt 25 MVt olan Külək Elektrik Stansiyalarının tikintisi davam etdirilir,

Abşeron dəniz rayonunda gücü 15 MVt olan külək parkının inşası planlaşdırılır,

Pirəküşkül ərazisində gücü 60 MVt 150 MVt, Xızı rayonu ərazisində gücü 33 MVt, 25 MVt 3,6 MVt, Müşfiq qəsəbəsi ərazisində isə gücü 9 MVt olan Külək Elektrik Stansiyalarının tikintisi nəzərdə tutulub,

Respublikanın yüksək potensiallı ərazilərində (Xaçmaz, Lənkəran, Masallı s. rayonlarında) geotermal istilik stansiyalarının inşası nəzərdə tutulub.

2014- il aprel ayından Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni "Suraxanı" Pirallahı rayonunda "Pirallahı" Günəş Elektrik Stansiyalarının inşasına başlanılıb.  Hər iki günəş elektrik stansiyanın tikintisində Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa edilmiş "Azgüntex" Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunmuş günəş panellərindən istifadə edilir. Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda ümumi gücü 135,3 MVt olan 3 külək elektrik stansiyasının tikintisi başa çatacaq.

Dövlət Agentliyinin sifarişi ilə 5 rayonda (Naxçıvan Muxtar Respublikasında, Neftçala, Oğuz, Gədəbəy, Balakən rayonlarında hər biri 10 MVt olmaqla hibrid tipli (külək, günəş bioqaz) elektrik istilik stansiyalarının  texniki-iqtisadi əsaslandırmaları  hazırlanır. Samux rayonunda isə təsərrüfat üçün lazım olan istilik elektrik enerji tələbatını bərpa olunan enerji (günəş, külək, bioqaz geotermal) hesabına təmin edən əkinçilik, tərəvəzçilik, bağçılıq, şitil yetişdirmə, heyvandarlıq, quşçuluq, balıqçılıq, kənd təsərrüfatı məhsulları emalı sahələrini cəmləşdirən aqro-kompleksin tikintisi üçün layihə-smeta sənədləri işlənilir. Eyni zamanda ölkədəki mazutla işləyən istilik elektrik stansiyaları qazla işləmə prinsipinə keçirilib, su elektrik stansiyaları (Mingəçevir 1, Mingəçevir 2) yenidən qurularaq istehsal güclərinin artırılmasına nail olunub.

Artıq beynəlxalq müstəvidə, BMT-nin mötəbər qurumu səviyyəsində qəbul olundu ki, strateji xəttin müəyyən olunması ilə müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycanda istilik effekti yaradan qaz tullantılarının azalmasına səbəb olub hesablamalara əsasən 2020-ci ilə qədər olan dövr ərzində istilik effekti yaradan qaz  tullantılarının həcmi Azərbaycanda ildə təqribən 4-5 mln.ton azalacaq.

Deməli, həqiqətən "Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alır" bunun real-praktik əsası var.  Çünki tanınmış beynəlxalq QHT-nin şərh etdiyi kimi "bu neft-qaz hasil edən ölkə bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına yer verir..."

TREND.AZ

 





13.06.2014    çap et  çap et