Dünya Bankı daşqınlardan zərər çəkən Pakistana 2 milyard dollar yardım edəcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Bankının Cənubi Asiya Bölgəsi üzrə vitse-prezidenti Martin Rayser Pakistanda verdiyi açıqlamada sel fəlakəti nəticəsində insan itkisinə görə son dərəcə üzgün olduqlarını bildirib. Daşqınlardan ən çox zərər çəkənlərə təcili yardım göstərmək üçün federal və əyalət hökumətləri ilə birlikdə çalışdıqlarını ifadə edən Rayser, Dünya Bankı olaraq Pakistana 2 milyard dollarlıq yardım planlaşdırdıqlarını deyib.
Qeyd edək ki, iyunun 14-dən bəri Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1600-dən çox insan həyatını itirib.
Məhəmməd Tağıyev