|
|
|
|
Fransanın paytaxtı Parisdə dünyanın ən böyük ərzaq bazarında yanğın baş verib. Ölü və ya yaralıların sayı isə hələlik məlum deyil.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük ərzaq bazarı kimi tanınan və Fransanın paytaxtını və ətraf regionu təzə qida ilə təmin edən "Rungis" Beynəlxalq Bazarında yanğın baş verib. Bazarda baş verən yanğını söndürmək üçün bölgəyə dərhal yanğınsöndürənlər göndərilib, Fransa hakimiyyəti sakinlərə hadisə yerindən uzaq durmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 12 mindən çox insanın çalışdığı bazarda baş verən yanğında ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
Məhəmməd Tağıyev