525.Az

Ruslar Gürcüstan sərhədində uzun tıxac yaradıblar


 

Ruslar Gürcüstan sərhədində uzun tıxac yaradıblar<b style="color:red"></b>

Səfərbərlik əmrindən sonra rusların böyük bir qismi etiraz aksiyalarına davam edərkən, bir qismi də ölkəni tərk etməyə çalışır.

525.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdikdən sonra ölkəni tərk edərək Gürcüstana keçməyə çalışan ruslar “Yuxarı Lars” Sərhəd Qapısında 14 kilometrlik növbə yaradıblar.

Sərhəd keçid məntəqəsində uzun növbə və tıxac səbəbindən bəzi Rusiya vətəndaşlarının Gürcüstana keçməsi təxminən 40 saat çəkib.

"Yuxarı Lars" Sərhəd Qapısındakı sıxlıq səbəbindən Gürcüstan magistralından tranzit kimi istifadə edən, o cümlədən Türkiyə və bir çox başqa ölkələrin də yüzlərlə yük maşını saatlarla gözləməli olub.

Malik Atilay

 





26.09.2022    çap et  çap et