525.Az

Polşa Norveçlə təbii qaz müqaviləsi imzalayıb


 

Polşa Norveçlə təbii qaz müqaviləsi imzalayıb<b style="color:red"></b>

Polşanın "PGNiG" və Norveçin "Equinor" şirkəti ildə 2,4 milyard kubmetrə qədər təbii qazın satışına dair 10 illik müqavilə imzalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "PGNIG"dən verilən açıqlamaya görə, müqavilə çərçivəsində təbii qaz oktyabrın 1-də açılacaq "Baltik Boru" təbii qaz boru xətti ilə göndəriləcək. Sözügedən müqavilə 1 yanvar 2023-cü il və 1 yanvar 2033-cü il tarixləri arasında qüvvədə olacaq. Norveçin təbii qazı "Baltik Borusu" ilə əvvəlcə Danimarkaya, sonra isə Polşaya ötürüləcək.

Rusiyadan gələn təxminən 21 milyard kubmetr təbii qazla illik tələbatının yarısını qarşılayan Polşanın təbii qaz anbarlarının 98% dolu olduğu açıqlanıb.

Məhəmməd Tağıyev

 





26.09.2022    çap et  çap et