525.Az

"Azərbaycanın həyatımda çox vacib yeri var"


 

"Azərbaycanın həyatımda çox vacib yeri var"<b style="color:red"></b>

Müsahibimiz TRT AVAZ kanalının koordinatoru Yüksəl Dəyərcan bundan əvvəl TRT Bakı təmsilçisi vəzifəsində çalışıb. Yüksəl bəyin Bakıda fəaliyyəti dövründə bir sıra uğurlu layihələrin gerçəkləşməsində, Azərbaycan barədə daha geniş ətraflı məlumatların yayımlanmasında xüsusi rolu olub. Bu barədə bizimlə söhbət zamanı daha ətraflı danışıb:

 

- Bakıda TRT təmsilçisi kimi çalışdığım zaman həqiqətən çox özəl yaddaqalan oldu. Hər şeydən əvvəl getdiyiniz xarici ölkəni tanımalı sevməlisiniz. Bu, çox vacibdir. Mən Azərbaycanı həm tanıyıram, həm sevirəm. Buna görə Azərbaycanda sevgi ilə çalışdım. İki ölkənin  insanlarını daha da yaxınlaşdırmaq üçün səy göstərdim. Minlərlə xəbər hazırladım. Azərbaycanın Türkiyəyə dünyaya açılan pəncərəsi olduq. Deyərdim ki, Azərbaycanda quş uçsa xəbər halına çevirdim. Kədərini, sevincini, təbii gözəlliklərini, zənginliklərini, böyüməsini, inkişafını hazırladığım xəbərlərlə TRT-nin bütün kanallarına göndərdim.

Ayrıca, gördüyümüz işlər xəbərlə yekunlaşmadı. Hazırladığımız çoxsaylı proqramla TRT XƏBƏR, TRT TÜRK TRT AVAZ-da Azərbaycanın ən dəyər verdiyi mövzuları Türkiyəyə çatdırdım. Sənət dünyasını da unutmadıq. Sənətçilərimizi "Azərbaycan ulduzları" adlı proqramla TRT AVAZ tamaşaçılarına tanıtdıq.

-Azərbaycan mediası ilə sıx təmasda olan bir şəxs kimi fikirlərinizi bilmək maraqlı olardı.

- Media ilə yaxşı dostyana əlaqələrimiz Azərbaycan ilə Türkiyə arasındakı əlaqələri daha da gücləndirdi.

Qəzetdə televiziyada çalışan bir çox dostlarımızı TRT- staja göndərdik iki ölkənin media sektorundakı həssaslıqlarının daha da anlaşılmasını təmin etdik.

Ən vacib işlərimdən biri hörmətli Prezident İlham Əliyev ilə hazırladığım müsahibədir. Bu mənim sənət həyatımdakı ən vacib hadisələrdən biridir. Yuxu kimi bir müsahibə idi. Əsla unutmaram.

Ayrıca, TRT-nin ən uğurlu proqramçılarını, film-serial komandalarını, musiqi qruplarını Azərbaycana gətirdik. "Gezelim Görelim" komandası Azərbaycanda iki veriliş hazırladı. "Akşam sefası" qrupu Azərbaycanda iki dəfə konsert verdi. "Varlı qız, kasıb oğlan" serialının komandası "Avropa Avropa" serialının aktyorları Bakıya gəldi. Seriallarda azərbaycanlı aktyorlar hələ oynayırlar. Bəkir Dəvəli komandası 8 bölüm Azərbaycanı dünyaya tanıtdı.

Bizim üçün həm vacib olanı verilişlərdə aktuallığı saxlamaq idi. Buna hər zaman çalışdım düşünürəm ki, nail ola bildim. Azərbaycanın sevincli günləri ilə bərabər kədərli, acılı günlərini, 20 Yanvar Xocalı soyqırımı, 31 Mart soyqırımı il bağlı verilişlərə, o cümlədən 28 may Cümhuriyyət günü kimi əlamətdar günlər kanalda xüsusi yer aldı. Bu bunun kimi onlarca hazırladıq. Heç birini unutmaram.

Azərbaycanın həyatımda çox vacib yeri var. Mənim Azərbaycana haqqım varsa, hamısı halal olsun. Azərbaycan da mənə haqqını halal etsin.

Azərbaycan mediası haqqındakı sualınıza gəldikdə isə Azərbaycan mediası mənim gördüyüm ən səmimi ən istiqanlı mediadır. İşçiləri çox səmimi, dürüst səviyyəlidir. Onları çox sevdim onlarla hələ görüşürəm.

Bundan başqa, Türkiyədən TRT serialları, TRT proqramları Azərbaycana gəldi, Azərbaycandan sənət aləmini Türkiyəyə apardıq. Xəbər proqramımızla Azərbaycan mədəniyyətini Türkiyəyə təqdim etdik.

-Bakıdan vətənə hansı hisslər, duyğularla döndünüz?

- Azərbaycan mənim ikinci vətənimdir. hər zaman deyirəm ki, sadəcə Azərbaycandan deyil, bir vətənimdən ayrılıb, digər vətənimə qayıtdım. Bir vətəndən digər vətənə dönüş necə bir hissdirsə, o hissləri yaşadım. Buradakı ən vacib xüsusiyyət övladlarımın yanına qayıtmağımdır. Bu baxımdan sevinərək Azərbaycandan ayrıldım. Bir səbəb isə Azərbaycandan yaxşı vəzifə ilə ayrıldım. İki vəzifəm var idi. Biri Xarici Efirlər İdarəsi sədr müavini, digəri TRT AVAZ kanal idarəçisidir. Buna görə çox xoşbəxtəm. Azərbaycanda gözəl bir gördüm çox yaxşı dostlar qazandım. Dostların olması mənim üçün çox önəmlidir. Sevinirəm ki, dostlarım arasında qardaş azərbaycanlılar da var. 

-Hazırkı işiniz barədə daha ətraflı deyə bilərsiniz?

- Hazırda TRT AVAZ kanal idarəçisiyəm. TRT AVAZ 27 ölkə 12 muxtar respublikaya yayımlanır. TRT AVAZ-da vacib dəyişikliklər aparılır. Xəbər proqramları, seriallar, mahnılar, sənədli filmlər uşaq serialları ilə türk dünyasının ən vacib tək kanalı TRT AVAZ-dır. Qısa zaman çərçivəsində TRT AVAZ Türk dünyasının ən vacib kanalı, ortaq coğrafiyamızın səsi olacaq. Mədəniyyətimizi, vacib dəyərlərimizi daha yaxşı tanıyacaq bir-birimizə daha yaxın olacağıq.

Onu da qeyd edim ki, yaxın zaman üçün yeni bir layihə gerçəkləşdirməyi düşünürük. Dağlıq Qarabağ problemi ilə bağlı hər biri 30 dəqiqə olmaqla 5 hissədən ibarət böyük bir sənədli film çəkəcəyik. Yaxın bir ay ərzində çəkiliş qrupları Bakıya gələcək. Cəbhə bölgəsində çəkilişlərin aparılmasını nəzərdə tutmuşuq. Qarabağ problemini ingilis dilində bütün dünyaya çatdıracağıq. Digər sənədli film layihəmiz isə Qafqaz İslam Ordusu barədədir. Hazırda bunun üzərində çalışırıq. Ayrıca, biz film təklifləri olarsa, ortaq film çəkə bilərik. "Avrasiya ulduzu" səs yarışması, Türkiyədə yayımlanan "Yetənək sizsiniz" yarışmasının Avrasiya versiyası, "Türküstan gecələri" "Dünya futbolu" kimi yeni layihələrimiz sentyabr ayında dövrəyə girəcək. TRT AVAZ gözəl layihələrlə türk dünyasını əhatə etməyə çalışır. Biz azərbaycanlıların marağını çəkəcək layihələrlə gəlirik düşünürük ki, bizi izləyəcəklər. Məncə, Azərbaycanla həyata keçirəcəyimiz ortaq layihələrlə buna nail olacağıq.

PƏRVANƏ

 





13.06.2014    çap et  çap et