|
|
|
|
Ölkənin ümümtəhsil məktəblərində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək, bu günə həsr olunan dərslər keçiriləcək.
Elm və Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.
Sevinc Qarayeva