525.Az

Məktəblərdə Anım Gününə həsr olunan dərslər keçiriləcək


 

Məktəblərdə Anım Gününə həsr olunan dərslər keçiriləcək<b style="color:red"></b>

Ölkənin ümümtəhsil məktəblərində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək, bu günə həsr olunan dərslər keçiriləcək.

Elm və Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Sevinc Qarayeva

 





26.09.2022    çap et  çap et