525.Az

Hikmət Hacıyev Blinkenin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib


 

Hikmət Hacıyev Blinkenin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfried ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin tviter səhifəsində məlumat verilib. Görüşdə ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan - ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 





26.09.2022    çap et  çap et