525.Az

Oqtay Əsədov: "TÜRKPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib"


 

Oqtay Əsədov: "TÜRKPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib"<b style="color:red"></b>

"Yüksək ixtisaslı tərcüməçilərin hazırlanması TÜRKPA-nın diqqətdə saxlanılmalıdır. Peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil". Bunu TÜRKPA-nın 5-ci plenar iclası çərçivəsində reallaşan Assambleya Şurasının toplantısında Milli Məclisin (MM) sədri Oqtay Əsədov deyib. "Bu məsələnin həllində kömək göstərilməsi TÜRKPA-nın əsas hədəflərindən biri olmalıdır" - deyən spikerin sözlərinə görə, təşkilat çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi digər əlaqələrin dərinləşməsinə şərait yaradır. "Artıq TÜRKPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətləri xalqlarımız dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edib. Hesab edirəm ki, komissiyaların yenidən təşkil olunması təşkilatın səmərəliliyini daha da artıra bilər. Biz TÜRKPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türkiyə tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan parlamenti TÜRKPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı Katibliyə təlimat verəcək. Ümid edirəm ki,payızın əvvəllərinə qədər Katiblik bu məsələylə bağlı hesabat təqdim edəcək biz bu hesabatda sizinlə birlikdə lazımi addımlar atacağıq",-deyə spiker bildirib. O. Əsədov həmçinin qeyd edib ki, mədəni, humanitar əməkdaşlıqla bağlı 5-ci plenar iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib. "Bu baxımdan mədəni əlaqələr sahəsində görüləcək işlərimiz çoxdur. Həmkarımın dediyi kimi yüksək ixtisaslı tərcüməçilərin hazırlanması diqqətdə saxlanılmalıdır. Peşəkar tərcüməçilər olmadan ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil. Bu məsələnin həllində kömək göstərilməsi TÜRKPA-nın əsas hədəflərindən biri olmalıdır. Əminəm ki, türkdilli ölkələrin beşinçi plenar iclasında aparılan müzakirələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinə nail olması baxımından əhəmiyyətlidir".

Kamil HƏMZƏOĞLU

 





13.06.2014    çap et  çap et