525.Az

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib


 

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

525.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm”.

Qeyd edək ki, İjevsk şəhərində məktəbə hücum nəticəsində 15 nəfər həlak olub.

 





26.09.2022    çap et  çap et