525.Az

NATO və Aİ birgə bəyanat hazırlayır


 

NATO və Aİ birgə bəyanat hazırlayır<b style="color:red"></b>

NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq və Aİ komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ komissiyasının binasında görüşüblər. Görüşdən sonra sosial mediada birgə bəyanat verilib. Açıqlamaya görə, görüş zamanı Rusiyanın Ukraynaya hücumu və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.  NATO-Aİ əməkdaşlığının təhlükəsizlik və sabitliyə töhfə verəcəyi qeyd olunub: "Buna görə də biz hesab edirik ki, tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtı çatıb"- deyə açıqlamada deyilib. NATO və Aİ 2016 və 2018-ci illərdə birgə bəyanatlar verərək əməkdaşlığın vacibliyini vurğulayıblar.

Məhəmməd Tağıyev

 





27.09.2022    çap et  çap et