525.Az

Buzlaqların əriməsinə qarşı 3 milyard franklıq tədbir görülüb


 

Buzlaqların əriməsinə qarşı 3 milyard franklıq tədbir görülüb<b style="color:red"></b>

İqlim dəyişikliyi və isti dalğaları səbəbindən İsveçrədə buzlaqlar əridikdən sonra hökumət bu problem üçün 3,2 milyard İsveçrə frankı paketi hazırlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buzlaqların əriməsinin qarşısını almaq üçün Assambleyaya təqdim edilən tədbirlər paketinin qəbulundan sonra Federal Şura paketin təfərrüatlarını açıqlayıb. Bildirilib ki, buzlaqların mühafizəsi üçün ayrılan pullar "günəş enerjisi panellərinin quraşdırılmasına dəstək", "qalıq yanacaq isitmə sistemlərinə davamlı alternativlərin istehsalı" və "binaların izolyasiyası" kimi fəaliyyətlərdə istifadə olunur ki, bu da havanın temperaturunun artmasının qarşısını alır. Avqustun 22-də Sürix Federal Texnologiya İnstitutunun saytında dərc edilən araşdırmada 1931-ci ildən 2016-cı ilə qədər İsveçrə Alplarında buzlaqların dəyişməsi köhnə və yeni fotoşəkillər müqayisə edilərək araşdırılıb. Alp dağlarında təxminən 1400 buzlağın bu müddət ərzində ümumi həcmini yarıya qədər itirdiyi bildirilib. İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirdiyinə diqqət çəkən araşdırmada 2010-2016-cı illərdə buzlaqların ümumilikdə 12 faizinin əridiyi ifadə edilib.

Məhəmməd Tağıyev

 





27.09.2022    çap et  çap et