525.Az

İspaniyada müsəlmanlara aid insan qalıntıları tapılıb


 

İspaniyada müsəlmanlara aid insan qalıntıları tapılıb<b style="color:red"></b>

İspaniyanın cənubundakı Əndəlüs bölgəsindəki Qranada şəhərində aparılan qazıntı zamanı Əndəlüs İslam dövrünün (711-1492) son illərində  yaşamış müsəlmanlara aid olduğu ehtimal edilən çoxlu sayda insan qalıqları tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qranada şəhər mərkəzindəki bir ərazidə qazıntılar aparan qrupa rəhbərlik edən arxeoloq Dr. Amcad Süleyman bildirib ki, 18 oktyabr 2021-ci ildə 1000 kvadratmetr sahədə başladıqları qazıntıdan sonra 5 kütləvi məzar və 600 insan skeleti tapıblar.

Qazıntılar zamanı orta əsrlərə aid tapıntılara çatdıqlarını ifadə edən Süleyman, "Bir-birinin ardınca hər yaş və cinsdən insan sümüklərini tapdıq və yüzlərləsini sənədləşdirdik"- deyib. Məcburi xristianlaşmaya qarşı kimliklərini gizlədən dövrün müsəlmanlarının məzarlarına qoyulmaq üçün kəfənlərinin yanında ölüm vəsiqəsi hazırlayıblar. Mövcud qanunlara görə şəhərdə aparılan hər qazıntıda ən azı 2 nəfərdən ibarət arxeoloqlar qrupunun olmasının vacib olduğunu izah edən Süleyman, Qranadanın ələ keçirilən sonuncu şəhər olduğundan buradakı müsəlman itkilərinin daha çox olduğunu qeyd edib.

Qranadanın 1492-ci ildən sonra zorla xristianlığı qəbul etdiyini, bunu qəbul etməyən müsəlman və yəhudilərin sürgün edildiyini xatırladan Dr. Amcad Süleyman: "1501-ci ildə katolik kralları müsəlman qəbiristanlıqlarındakı daşların o dövrdə tikilmiş bir çox binalarda, xüsusən də dini binalarda istifadə edilməsi barədə əmr verdilər. Bu gün biz bu məzar daşlarını "Əlhamra Sarayı"nın bəzi divarlarında və ya "San Jeronimo Monastırı"nda görə bilərik" deyib. Qranada Böyük Məscidi Vəqfinin prezidenti Umar del Pozo, indiyə qədər Qranadada müxtəlif yerlərdə aparılan qazıntılarda müsəlmanlara aid çoxlu insan qalıqlarının tapıldığına diqqət çəkərək sözlərini belə davam etdirib: "İndi onlar şəhərin mərkəzinə çatıblar. İndiyə qədər qazılan insan qalıqları Qranada Mədəniyyət Müdirliyinin anbarında saxlanılırdı, lakin bu yeni tapıntıda antropoloji analiz üçün sümükləri əldə etmək istəyirik. Daha sonra bu sümükləri müsəlman qəbiristanlığına aparıb dəfni orada etmək istəyirik. Bu uzun bir prosesdir və əhəmiyyətli maliyyə vəsaiti tələb edir. Məqsədimiz lazımi analizləri edib, qalıqları müsəlman qəbiristanlığında dəfn etməkdir".

Məhəmməd Tağıyev

 





27.09.2022    çap et  çap et