525.Az

ƏƏSMN əlil və şəhid ailələri üçün mənzillərin satınalınması ilə əlaqədar tender keçirir


 

ƏƏSMN əlil və şəhid ailələri üçün mənzillərin satınalınması ilə əlaqədar tender keçirir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- ildə ƏƏSMN-ə ayırdığı investisiya bölgüsünə uyğun  olaraq keçirilən tender  bu məqsədlə ümumilikdə təxminən 6250 m2 sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur. Bu barədə "525-ci qəzet"ə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü təmiri onların fiziki vəziyyətinə şəxsi tələbinə uyğun aparılmalıdır. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə  180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır. Tualet vanna otaqlarının planlaşdırılması, onlarda  avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet vanna otağının qapıları dəhlizə açılmalıdır. Eyni zamanda, tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz rahat gediş-gəlişini  təmin edən şəraitin, eləcə binaya, liftə mənzilə girişin bir səviyyədə olmasını tələb edir. Digər tələblər sırasında binanın giriş mailliyinin 5 dərəcədən çox olmayan pandusla təmin edilməsi, pandusların əvvəli sonunda 150 sm eninə üfüqi sahə verilməsi, pandusun hər iki tərəfindən 8 sm-dən az olmayan hündürlüyü 70 90 sm olan bir cüt tutacağın quraşdırılması əksini tapır. Bununla yanaşı, binadan ümumi dəhlizdən qapılar çıxış istiqamətində açılmalı, binanın lift kabinəsinin qapı boşluğunun eni 85 sm-dən az olmamalıdır.  Əlillərin rahat hərəkətini təmin etmək məqsədilə binanın yaxınlığında maneələr götürülməli, əlil arabalarının hərəkəti üçün səkilərin piyada yollarının mailliyi  5 dərəcədən, eninə isə 1 dərəcədən artıq olmalıdır. Ümumilikdə tələb olunan mənzillərin əhatə etdiyi sahənin hansı hissəsinin əlilliyi olan şəxslərin istifadəsinə verilməsi yekun müqavilə imzalanmazdan əvvəl müəyyən ediləcək. Satın alınan mənzillər sifarişçinin tələbinə uyğun olaraq təmirli olmalı, mənzillərin su, qaz elektrik təchizatı təmin edilməli sayğaclaşdırılmalıdır.

Onu da bildirək ki, müvafiq hüquqi fiziki şəxslərin tenderdə daha geniş tərkibdə iştirakının təmin olunması daha keyfiyyətli işlərin aparılmasına xidmət edəcək çoxtərəfli rəqabət mühitinin  yaradılması məqsədilə  tenderin müddətinin uzadılması qərara alınıb. Belə ki, tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti 2 iyul 2014- ilədək, tender təkliflərinin təqdim olunma müddəti isə 8 iyul 2014- ilədək davam edəcək. Tender təkliflərinin açılış tarixi isə 9 iyul  2014- il tarixədək uzadılıb.

 





13.06.2014    çap et  çap et