525.Az

Şanlı qələbə tariximizin yazılmasından iki il ötür - Aydın Tağıyev yazır


 

Şanlı qələbə tariximizin yazılmasından iki il ötür - <b style="color:red">Aydın Tağıyev yazır</b>

Hələ Çar Rusiyası zamanından ermənilərin tarixi Azərbaycantorpağı olan Qarabağa köçürülməsindən bu günə qədər təxribatları davam edir. Hətta ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb. Bununla yanaşı, 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələri xalqımıza qarşı xüsusi amansızlıqları ilə yadda qalıb. Müxtəlif ərazilərimizdə - Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, eyni zamanda İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, , Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, öz ata-baba yurdlarından qovulublar. Əhaliyə xüsusi qəddarlıqla işgəncələr verilib, yaşayış məntəqələri dağıdılıb.

Təəssüflər olsun ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Təkcə 1948-1953-cü və 1988-ci illərdə hazırkı Ermənistan ərazisi olan öz tarixi dədə-baba torpaqlarımızdan, ümumilikdə 450 minə yaxın azərbaycanlı deportasiya olunub. Onlardan təqribən 150 minə yaxın şəxs  Kür-Araz düzənliyində yerləşdirilib. Azərbaycanlıların zorla öz yurdlarından qovulması, ermənilərin sərsəm xülyalar və ideologiyasını reallaşdırmaq cəhdləri nəticəsində onlarla şəhər, kənd vəhşicəsinə dağıdılıb, yüz minlərlə insan işgəncə verilərək öldürülüb. Nəticədə bugünkü Ermənistan monoetnik dövlətə çevrilib.

Azərbaycanlılara qarşı düşmənçilik siyasəti dəyişməyən Ermənistan tarixin bütün dövrlərində Başlıbel, Ağdaban və Baqanis-Ayrım, 20 Yanvarkimi genişmiqyası faicələr, Xocalı kimi soyqırımlar həyata keçirib. 30 il ərzində davam edən təxribatlar, işğalçılıq siyasəti yürüdən Ermənistan Lələtəpə və Tovuz döyüşlərindən də nəticə çıxarmadı. Həmin döyüşlər Azərbaycanın işğalla barışmayacağının sübutu idi.

Mənfur düşmənin növbəti hərbi təxribatı 2020-ci il 27 sentyabr tarixində baş verib. Buna cavab olaraq düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaqməqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Məhz iki il öncə başlanan şanlı Vətən müharibəmizin başlamas ilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən müharibə güclü və şanlı Azərbaycan Ordusunun  qələbəsi ilə başa çatdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Tarixi Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Nəticədə 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Düşmənə sipər olan qəhrəman, qüdrətli və qalib Ordumuz xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində tarixi qələbə qazandı.Şübhəsiz ki, Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.Cəmi 44 gün Şanlı Azərbaycan Ordusuna yetərli oldu ki, 30 illik işğala, ağrı-acıya, nisgilə son qoyaraq Azərbaycan torpaqlarında düşmən işğalına son qoysun.  Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, mindən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb.

Lakin müharibədə Azərbaycan bu qələbəni yalnız güclü texniki təchizata, müasir silahlara, müasir səviyyəli geniş hərbi birləşmələrin yadadılmasına, döyüş hazırlığına görə deyil, eyni zamanda, bütövlükdə, xalqımızın özünün bu müharibəyə mənəvi cəhətdən hazır olmasına görə qazandı. Cəmiyyət, dövlət, ordu arasında qırılmaz tellərin, bağların olması da burada mühüm rol oynadı. Xalq olaraq ruhumuz müharibəyə, torpaqlarımızı işğaldan azad etməyə köklənmişdi. Ermənistanda isə mənəvi-ruhi vəziyyət çox aşağı idi. Bütün beynəlxalq sorğu təşkilatları, müxtəlif rəy təşkilatları yekdil fikir bildirirdilər ki, Azərbaycan xalqı öz torpaqlarının azad olunmasında israrlıdır.

Vətən müharibəsi dövründə Ordumuzun gücü milli ordu quruculuğu tariximizdə keyfiyyətcə tam yeni bir mərhələnin başlandığını göstərdi və xalqımızın, dövlətimizin və ordumuzun birliyi nəticəsində Azərbaycan ordusu düşməni yerində oturtdu və qələbə qazandı.

27 Sentyabr Vətən müharibəsinin başlanmasının ikinci il dönümündə bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!

 





27.09.2022    çap et  çap et