525.Az

Rəşad Nəbiyev BTİ-nin Səlahiyyətli Konfransında iştirak edib


 

Rəşad Nəbiyev BTİ-nin Səlahiyyətli Konfransında iştirak edib<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti Səlahiyyətli Konfransında çıxış edib.

525.az xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində yazıb. O, çıxışında Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.

“Azərbaycan 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvüdür. İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - nazir qeyd edib.

 





27.09.2022    çap et  çap et