Şuşa Musiqili Dram Teatrında tanınmış dramaturq Əli Əmirlinin məşhur "Varlı qadın" komediyasına daxili baxış keçirilib.
Dramaturq Əli Əmirlinin"525"ə verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verib.
Tamaşada əsas rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa ediblər. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, teatrşünas Vəfa Novruzova tamaşanı yüksək qiymətləndirərək teatrın yaradıcı kollektivini maraqlı quruluş və yaxşı aktyor oyunu münasibətilə təbrik edib. Şuşalı aktyorlar cari teatr mövsümünü "Varlı qadın"ın premyerası ilə yekunlaşdıracaq. Qeyd edək ki, tanınmış dramaturqun bu komediyası respublikamızın və bir sıra xarici ölkələrin iyirmiyə yaxın teatrında müxtəlif dillərində tamaşaya qoyulmuş, dörd beynəlxalq teatr mükafatına layiq görülüb.
S.ABDULLAYEVA
çap et