525.Az

NATO kursunun açılışı olub


 

NATO kursunun açılışı olub<b style="color:red"></b>

Sentyabrın 27-də NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən (MN) 525.az-a verilən məlumata görə, açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edilib ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.

 





27.09.2022    çap et  çap et