525.Az

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb


 

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb<b style="color:red"></b>

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) bu il 4,5 % artacağını proqnozlaşdırır.

525.az bu barədə AYİB-in “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr sayına istinadən xəbər verir.

Bank 2023-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını proqnozlaşdırıb.

AYİB ümumilikdə Şərqi Asiya və Qafqaz regionunu iqtisadiyyatının 2022-ci ildə 17,8 % azalacağını, 2023-cü ildə isə 6,2 % artacağını gözləyir.

 





28.09.2022    çap et  çap et