525.Az

Türkər Qasımzadənin əsərlərinin Amerikada yeni ifaları səslənib


 

Türkər Qasımzadənin əsərlərinin Amerikada yeni ifaları səslənib<b style="color:red"></b>

Ötən həftə Nyu-Yorkda təşkil olunmuş bir konsertdə bəstəkar Türkər Qasımzadənin fleyta akustik gitara üçün yazdığı "9 rübai" əsəri Nyu-York şəhərində məskunlaşan Ensemble Sans Maitre ansamblının musiqiçiləri Martha Cargo Jordan Dodson tərəfindən ifa olunub. Tenri Cultural Institute of New-York (Nyu Yorkun Tenri mədəniyyət İnstitutu)-nun zalında keçən həmin konsertdə amerikalı bəstəkarlar Dreyk Anderson Levis Nelsonun da əsərləri ifa olunub.

Türkərin başqa bir əsəri ötən bazar günü ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində keçən bir konsertdə səsləndirilib. Bu, postmodern ədəbiyyatın nümayəndəsi kimi məşhur olan İrlandiyalı Samuel Becketin "heç üçün musiqi n.4" mətninə yazdığı zərb aləti üçün eyniadlı musiqidir. Əsəri zərb alətləri ifaçısı Dru Dolan ifa edib. Konsertdə T.Qasımzadənin musiqisi ilə yanaşı amerikalı bəstəkarlar Evan Vilyams, Steven Veymer, Daniyel Harrison başqalarının əsərləri səsləndirilib.

S. Abdullayeva

 





13.06.2014    çap et  çap et