525.Az

Almaniya beş əsas buzlağından birini itirib


 

Almaniya beş əsas buzlağından birini itirib<b style="color:red"></b>

Almaniyada bu yay həddindən artıq istilər səbəbindən əriyən Alp dağlarındakı Cənubi Şniferner buzlaq statusundan çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bavariya Elmlər Akademiyasından verilən açıqlamaya görə, Almaniyanın yalnız 4 əsas buzlağı qalıb. Alman alimləri bu ay Cənubi Şnifernerdə ölçmə araşdırmalarının buzlağın 4 il ərzində yarıya qədər kiçildiyini göstərdiyini söyləyiblər. Tədqiqatda buzlağın əksər hissələrinin qalınlığının 2 metrdən bir qədər çox olduğu və buzlaq statusundan çıxarıldığı qənaətinə gəlinib. Mütəxəssislər kiçilən buz təbəqəsinin 1-2 il ərzində tamamilə əriyəcəyini proqnozlaşdırıblar.

Qeyd edək ki, Avropada bir çox buzlaqlar iqlim dəyişikliyi səbəbindən yaxın illərdə yox olmağa məhkumdur.

Məhəmməd Tağıyev

 





28.09.2022    çap et  çap et