525.Az

"Forbes" ilin ən zənginini açıqlayıb


 

"Forbes" ilin ən zənginini açıqlayıb<b style="color:red"></b>

"Tesla" və "SpaceX"in CEO-su İlon Mask ilk dəfə "Forbes 400" reytinqində birinci yeri tutarkən, son 14 ildə ilk dəfə olaraq varlıların ümumi gəliri azalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Forbes"in 41-ci dəfə açıqladığı ABŞ-ın 400 ən varlı iş adamı siyahısına görə, texnologiya şirkətlərinin sahibi olan Mask bu il ilk dəfə sərvətini 60 milyard dollardan çox artıraraq birinci yeri tutub. 2022-ci ildə ABŞ-ın ən zəngin iş adamı olan Maskın bunu "Tesla"dakı 11 faizlik artıma borclu olduğu ifadə edilib. 4 il ard-arda birinci yerdə olan keçmiş "Amazon" CEO-su Ceff Bezos isə ikinci sıraya geriləyib. 

"Amazon" səhmlərində 27 faiz itki ilə üzləşən Bezosu, ilin əvvəlində həyat yoldaşı ilə birlikdə qurduğu fonda 20 milyard dollar bağışlamasına baxmayaraq, proqram tərtibatçısı və investor iş adamı Bill Qeyts izləyib. Qeyd olunub ki, ABŞ-ın ən varlı iş adamları siyahısında ilk 20 nəfərin sərvəti 1,6 trilyon dollar dəyərində "Forbes 400"ün ümumi sərvətinin 40 faizinə uyğun gəlir. "Facebook"un qurucusu Mark Zukerberq isə ötən il 3-cü yerdə olduğu siyahıda 11-ci sıraya geriləyərək ilk 10-luğa daxil ola bilməyib. 2021-ci ilin sentyabrından bu yana sərvətinin yarıdan çoxunu (76,8 milyard dollar) itirən Zukerberq "Forbes" jurnalının son bir ildə ən çox pul itirən 400 ən varlı adamı arasında birinci yeri tutub.

Qeyd edək ki, "Forbes" sərvət üzrə redaktor müavini Çeys Peterson-Vizorn bildirib ki, "Forbes 400"ün cəmi aktivləri bu il 500 milyard dollar azaldığı halda, keçən il 4,5 trilyon dollar olub.

Məhəmməd Tağıyev

 





28.09.2022    çap et  çap et