525.Az

Türkiyə Hərbi Dəniz Donanmasında Anım Gününə həsr olunan tədbir keçirilib - Foto


 

Türkiyə Hərbi Dəniz Donanmasında Anım Gününə həsr olunan tədbir keçirilib - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə 525.az-a MN-dən məlumat verilib. Məlumata görə, əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

Sonda xatirə şəkili çəkdirilib.

 





28.09.2022    çap et  çap et