525.Az

3,1 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir


 

3,1 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir<b style="color:red"></b>

Keniya prezidenti Uilyam Ruto, ölkənin şimalında mövsüm altı yağıntılar səbəbindən 3,1 milyon insanın qida çatışmazlığı yaşadığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniya prezidenti Uilyam Ruto xalqa müraciətində ölkədəki ərzaq probleminə diqqət çəkib. Xüsusilə, ölkənin şimalında quraqlıq səbəbiylə qida probleminin yaşandığı deyən Ruto, bu vəziyyətdən 3,1 milyon keniyalının təsirləndiyini bildirib. Ruto hökumət olaraq quraqlıq və ərzaq problemi ilə mübarizə üçün büdcə yaratdıqlarını deyib. Şərqi Afrikada 1980-ci illərdən bəri ən şiddətli quraqlıq dalğası 13 milyona yaxın insanı aclığa düçar edib.

Qeyd edək ki, 2019-cu ildə səhra çəyirtkələrinin işğalından sonra kənd təsərrüfatı istehsalının azaldığı və ərzaq böhranının başladığı bölgədə, ardıcıl yağış dövrlərində yağıntıların gözləniləndən çox az olması yeni qida böhranına səbəb olub.

Məhəmməd Tağıyev

 





28.09.2022    çap et  çap et