525.Az

Şakira 8 illik həbs oluna bilər


 

Şakira 8 illik həbs oluna bilər<b style="color:red"></b>

İspaniyada təxminən 15 milyon avro vergidən yayındığı üçün mühakimə olunan dünya şöhrətli müğənni Şakiranın 8 il həbsi istənilib. 

525.az İspaniya mediasına əsasən xəbər verir ki, məhkəmə bu gün kolumbiyalı pop müğənni Şakiranın vergidən yayınma ittihamı ilə işini təsdiqləyib. 

İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınma ittihamı ilə 8 il 2 ay həbs və cərimə oluna biləcəyini bildirib. Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

Xatırladaq ki, mayda Barselona Məhkəməsi İspaniyada yaşadığı 2012-2014-cü illərdə qazandığı gəlirləri gizlədərək 14,5 milyon avroluq vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd etmiş və 6 fərqli ittihamla mühakimə olunmasına qərar vermişdi.

Malik Atilay

 





28.09.2022    çap et  çap et