525.Az

Məktəbdəki terror aktı barədə yeni detallar açıqlanıb


 

Məktəbdəki terror aktı barədə yeni detallar açıqlanıb<b style="color:red"></b>

Keçən günlərdə Rusiyada məktəbə silahlı hücum edən cinayətkar barədə yeni detallar diqqət çəkib.

525.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın İjevsk vilayətində məktəbə silahlı hücum nəticəsində 13 nəfər ölüb, 21 nəfər yaralanıb. Qan donduran hücum zamanı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanacağını anlayan təcavüzkar intihar edərkən, hadisə ilə bağlı yeni detallar da diqqət çəkib.

Məktəbi qan gölünə çevirən təcavüzkarın üzərində "Nasist" simvolu olan paltar geyindiyi, hücumu həyata keçirmək üçün iki silah və çoxlu gülləylə məktəbə girdiyi öyrənilib.

Malik Atilay

 





28.09.2022    çap et  çap et