525.Az

Vəliəhd şahzadə baş nazir təyin olunub


 

Vəliəhd şahzadə baş nazir təyin olunub<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı kralı Əbdüləziz vəliəhd şahzadəni baş nazir vəzifəsinə təyin edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Əl Səud hökumət başçısı vəzifəsində öz əvəzedicisini tapıb.

O, oğlu, vəliəhd şahzadə, Səudiyyə Ərəbistanı baş nazirinin müavini Məhəmməd ibn Salman ibn Əbdüləziz Əl Səudu öz varisi təyin edib. Sənəddə deyilir: “Kralın fərmanı ilə vəliəhd şahzadə Məhəmməd ibn Salman baş nazir vəzifəsinə təyin edilir və o, kabinet iclaslarını keçirmək səlahiyyətinə malikdir."

Bundan əlavə, eyni fərmanla o, digər oğlu, vəliəhd şahzadənin kiçik qardaşı Xalid ibn Salmanı da müdafiə naziri elan edib.

Malik Atilay

 





28.09.2022    çap et  çap et