ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) "Barclays", "Bank of America", "Citigroup", "Credit Suisse", "Deutsche Bank", "Goldman Sachs", "Morgan Stanley" və "UBS" daxil olmaqla 16 maliyyə şirkətini elektron kommunikasiyaların saxlanması və qorunmamasına görə 1,1 milyard dollar cərimələyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, SEC-dən verilən açıqlamada, sözügedən şirkətlərin federal qiymətli kağızlar qanunlarının qeydlərin aparılması müddəalarını pozduqları və səhvlərini etiraf etdikləri ifadə edilib. 2018-ci ilin yanvarından 2021-ci ilin sentyabrına qədər olan dövrdə bu qurumlarda işçilərin şəxsi cihazlarında mətn mesajları və mesajlaşma proqramlarından istifadə edərək işlə bağlı məsələlərlə bağlı mütəmadi olaraq ünsiyyət qurduqları və qurumların həmin məlumatların əksəriyyətini mühafizə etmədiyi müəyyən edilib.
SEC sədri Qeri Gensler, maliyyənin etimada əsaslandığını və cəzalandırılan şirkətlərin hesabat öhdəliklərini yerinə yetirməməklə bu etibarı qoruya bilmədiklərini bildirib. Texnologiya inkişaf etdikcə kommersiya kommunikasiyalarının lazımi qaydada yalnız rəsmi kanallar vasitəsilə həyata keçirilməsinin daha vacib olduğunu qeyd edən Gensler, bu kommunikasiyaların qorunub saxlanmalı olduğunu vurğulayıb.
Məhəmməd Tağıyev