525.Az

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 870 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 287, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 369, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 83 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 888 466, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 228, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 441, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 607 nəfər təşkil edir.

 





28.09.2022    çap et  çap et