525.Az

Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatı keçirilir


 

Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatı keçirilir<b style="color:red"></b>

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatı keçirilir.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Ukrayna Milli Qvardiyası, DİN-in “Azov” xüsusi batalyonu və “Dnepr-1” batalyonu Mariupol şəhərində separatçılara qarşı əməliyyata başlayıb.
 
Silahlıların nəzarətində olan inzibati binalar və bank şöbəsi azad edilib, 5 terrorçu məhv edilib, onlara məxsus “BRDM” (hərbi kəşfiyyat-keşik avtomobili) vurulub. Daxili işlər naziri Arsen Avakov 11 silahlı separatçının yaxalandığını və silahla dolu bir avtomobilin ələ keçirildiyini açıqlayıb.
 
Şəhərin təmizlənməsi üçün əməliyyat davam etdirilir.

 





13.06.2014    çap et  çap et