525.Az

Təsviri Sənət Qalereyasında Anım Günü sərgisi


 

Təsviri Sənət  Qalereyasında  Anım Günü sərgisi<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə paytaxtda yerləşən Təsviri Sənət Qalereyasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində həmin tədbirə dəvət alan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev şəhid ailələri, qazilər, onların övladları və digər çoxsaylı qonaqlar qarşısında çıxış edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onların müqəddəs amallarının yetişən gənc nəslə çatdırılmasının əhəmiyyəti və bu sahədə görülən işlər barədə məlumat verib.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin, o cümlədən, "Yol hərəkəti" dərnək üzvlərinin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub və əldə olunan vəsait "YAŞAT" Fonduna köçürülüb.

 





28.09.2022    çap et  çap et