525.Az

Akademik İsa Həbibbəylidən Özbəkistan Yazıçılar Birliyinin sədrinə məktub


 

Akademik İsa Həbibbəylidən Özbəkistan Yazıçılar Birliyinin sədrinə məktub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Özbəkistanın Xalq şairi Camal Kamalın vəfatı ilə bağlı Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səidə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Xalq şairi Siracəddin Səid!

Özbəkistanın Xalq şairi Camal Kamalın vəfatı xəbərini Azərbaycan alimləri və yazıçıları dərin kədər hissi ilə qarşılayırlar. Xalq şairi Camal Kamal Özbəkistanda yeni epoxanın ədəbiyyatının qüdrətli yaradıcılarından biri idi.

Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində Xalq şairi Camal Kamalın böyük xidmətləri vardır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz "Xəmsə"sinin Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunması və özbəkcə nəşr edilməsi xalqlarımız və ölkələrimiz arasındakı əlaqələrin mühüm ədəbi-tarixi hadisəsidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi Camal Kamalın iştirakı ilə onun 80 illik yubileyini keçirməyimiz bu böyük sənətkara Azərbaycan xalqının böyük ehtiramının ifadəsi idi.

Özbəkistanın Xalq şairi Camal Kamalın dünyasını dəyişməsi bütün türk dünyası və Azərbaycan elmi-ədəbi ictimayiyyəti üçün ağır itkidir.

Azərbaycanın elmi ictimaiyyəti adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Allah rəhmət eləsin".

 

 





28.09.2022    çap et  çap et