525.Az

MN: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır


 

MN: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır<b style="color:red"></b>

"Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır".

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb",- deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

 





28.09.2022    çap et  çap et