525.Az

Təbii qazın qiyməti 13,4% artıb


 

Təbii qazın qiyməti 13,4% artıb<b style="color:red"></b>

Avropada oktyabr ayı üçün təbii qazın meqavat-saat qiyməti 13,4% artıb. Baltik dənizində Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" boru kəmərlərində qaz sızmasının aşkarlanması qiymət artımında təsirli olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiya mərkəzli, Avropanın ən dərin dərinliyinə malik virtual təbii qaz ticarət məntəqəsi olan TTF-də 27 sentyabr Çərşənbə axşamı günü 186,09 avro ilə bağlanıb. Təbii qazın meqavat-saat qiyməti günə 207 avrodan başlayıb, saat 10:20-də 211 avrodan satılan təbii qazın meqavat-saat qiyməti isə 13,4% artıb. Dünən Baltik dənizində Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" boru kəmərlərində aşkar edilən qaz sızması isə qiymətin artımına böyük təsir edib. Avropa İttifaqı boru kəmərlərində qaz sızmasının təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsi olduğuna diqqət çəkib.

Qeyd edək ki, avqustun 31-də "Şimal axını 1" boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılıb.

Məhəmməd Tağıyev

 





28.09.2022    çap et  çap et