525.Az

Firuz Mustafa yaradıcılığının Türkiyədə yeni təqdimatı


 

Firuz Mustafa yaradıcılığının Türkiyədə yeni təqdimatı<b style="color:red"></b>

Azərbaycanın tanınmış yazıçı-filosofu Firuz Mustafanın əsərləri ölkəmizdə olduğu kimi, yaxın və uzaq xarici ölkələrdə də nəşr edilməkdədir. Onun son illərdə Rusiya, İran və Özbəkistandakı bir sıra nəşriyyatlarda bədii əsərləri işıq üzü görmüşdür.

Firuz Mustafanın "Dəniz köçü" əsəri indiyəcən dünyanın ona yaxın dilinə çevrilib. Əsər bir müddət əvvəl Türkiyədəki "Asmaaltı Yayınevi" tərəfindən "Dünya Ədəbiyyatı" seriyasından "Deniz kervanı" adı ilə kütləvi tirajla nəşr edilib.

Firuz Mustafa həm də məhsuldar bir dramaturqdur. Onun pyeslərinə müxtəlif ölkələrdə 40-dan çox quruluş verilib. Dramaturqun "Neytral zona" ("Tarafsız bölge") pyesi xüsusilə məşhurdur. Həmin əsər artıq Türkiyənin "Anatolya kitab" nəşriyyatı tərəfindən nəşrə hazırlaşır. Bunu da vurğulamaq lazımdır ki, Firuz Mustafanın adı çəkilən pyesi ("Tarafsız bölge") Trabzon Teatrının repertuar planına daxil edilib. Türkiyənin digər teatrlarında da Azərbaycan yazıçısının əsərlərinə müraciət edəcəyi gözlənilir.

Firuz Mustafanın adı çəkilən əsərlərini, yəni "Deniz kervanı" povestini və "Tarafsız bölge" tragikomediyasını Türkiyə türkcəsinə  Abdulkadir Özkan çevirib.

 





29.09.2022    çap et  çap et