525.Az

Daşkəsəndə Vətən müharibəsi şəhidləri ilə bağlı tədbir


 

Daşkəsəndə Vətən müharibəsi şəhidləri ilə bağlı tədbir<b style="color:red"></b>

Dünən Vətən müharibəsi şəhidi Orxan Şıxıyevin 33-cü doğum günü ilə bağlı şəhidin Daşkəsəndəki Şəhidlər xiyabanındakı məzarı başında təbdbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhid Orxan Şıxıyevin məzarına gül dəstələri düzülüb, dualar oxunub. İcra başçısı Əhəd Abıyev Şəhidin ailəsinə rayon ictimaiyyəti adından bir daha da başsağlığı verib.

Çıxışlarda  İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, Orxan Şıxıyevin ömür və döyüş yolundan danışılıb, şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilib.

Sonra icra başçısı Əhəd Abıyev Vətən müharibəsi şəhidi Eşqin Bağırovun anım günü münasibətilə şəhidin rayonun Xoşbulaq kənd qəbiristanlığındakı məzarını ziyarət edib. Şəhidin anım günündə icra başçısı Əhəd Abıyevlə birgə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid anaları və qazilər iştirak ediblər. Daşkəsənin ilk Vətən müharibəsi şəhidi Eşqin Bağırovun məzarına gül dəstələri düzülüb, dualar oxunub.

Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Əhəd Abıyev şəhid Eşqin Bağırovun ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidin ömür və döyüş yolundan danışıb. Əhəd Abıyev çıxışında Daşkəsən  rayonunda şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət və qayğı göstərildiyini bildirərək bu istiqamətdə görülən işlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın daim nəzarətində olduğunu qeyd edib.

Elmar ƏLİYEV

 





29.09.2022    çap et  çap et