525.Az

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib


 

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib<b style="color:red"></b>


Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən 525.az-a verilən xəbərə görə, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Belə ki, 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.

Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.

 





30.09.2022    çap et  çap et