525.Az

Azərbaycanlı yazıçı Laçında kənd məktəbində müəllim işləmək istəyir


 

FƏXRİ UĞURLU: “ARZUMDUR Kİ, LAÇINDA, KƏNDİMİZİN MƏKTƏBİNDƏ UŞAQLARA ƏDƏBİYYAT FƏNNİNDƏN DƏRS DEYİM”

Azərbaycanlı yazıçı Laçında kənd məktəbində müəllim işləmək istəyir<b style="color:red"></b>

Azərbaycanən tanınmış qələm sahiblərindən biri - yazıçı, esseist, əslən Laçının Oğuldərə kəndindən olan Fəxri Uğurlu Laçın rayonunun kənd məktəblərindən birində ədəbiyyat müəlimi işləmək istəyir.

Bu barədə “525”ə müsahibəsində məlumat verən Fəxri Uğurlu arzu edir ki, ya öz doğma kəndində, ya da Laçının başqa bir yerində orta məktəbdə uşaqlara ədəbiyyat fənnindən dərs desin: “Mənim ulu babam Mirzəlinin qardaşı Müseyib İlyasov həm Cümhuriyyət dövründə, həm də Sovet dövründə Azərbaycanın tanınmış maarifçilərindən olub. Zəngəzurda, Laçında, ümumən, Qarabağın dağlıq ərazilərində çoxlu məktəblər açıb, maarifçilik işləri aparıb, Şuşa Pedaoqji İnstitutunun ilk direktoru olub. Yəni, bu maarifçilik, müəllimlik bizim genimizdə, qanımızda var. O baxımdan, mənim də çox böyük arzumdur ki, kəndimizdə quruculuq işləri aparılsın, kəndimiz abadlaşdırılsın, mən də gedim kəndimizin məktəbində uşaqlara ədəbiyyat fənnindən dərs deyim. Ola bilər ki, lap öz kəndimiz olmasın, başqa bir yer olsun. Əlbəttə, belə bir arzum var”.

Fəxri Uğurlu ilə söhbətin tam mətni ilə “525-ci qəzet”in sabahkı sayında tanış ola bilərsiniz.

 





30.09.2022    çap et  çap et