525.Az

Monteneqroda 6 rus diplomat arzuolunmaz şəxs elan edilib


 

Monteneqroda 6 rus diplomat arzuolunmaz şəxs elan edilib<b style="color:red"></b>

Monteneqronun Xarici İşlər Nazirliyi 6 rus diplomatını arzuolunmaz şəxs (persona non-qrata) elan etdiyini açıqlayıb.

525.az xəbər verir ki, Monteneqro Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiyanın Podqoritsadakı səfirliyində çalışan 6 diplomat arzuolunmaz şəxs elan edilib. Bəyanatda o da vurğulanıb ki, bu qərar diplomatların iki ölkə arasında diplomatik münasibətlərə zidd hərəkətlər etməsi səbəbindən verilib.

Qeyd edək ki, rus hökumətinin bu qərara necə cavab verəcəyi isə çoxları tərəfindən maraqla gözlənilir.

Məhəmməd Tağıyev

 





30.09.2022    çap et  çap et