525.Az

Hər kəsi heyrətləndirən paylaşım


 

Hər kəsi heyrətləndirən paylaşım<b style="color:red"></b>

Şotlandiyada baş verən qəribə hadisə əvvəlcə sosial mediada, sonra isə dünya mətbuatında əksini taparaq günün ən çox danışılan xəbərlərindən birinə çevrilib. Bir qadının onlayn olaraq bağışladığı tabutla bağlı həqiqət hər kəsi təəccübləndirib.

525.az dünya mediasına istinadən xəbər verir ki, Şotlandiyanın Oban yaxınlığındakı Easdeyldən olan Marqaret Stables bir neçə gün əvvəl Facebook-a içərisində ağ yastıq olan gümüş bir tabutun əks olunduğu fotoşəkil yükləyib. Qadın foto ilə bir elan da yayımlayıb.

Elandakı fotoda görünən tabut istəyən hər kəsə pulsuz veriləcəkdi. Bəs niyə kimsə onlayn olaraq pulsuz bir tabut bağışlamaq istəyir?

Marqaret elanda yazıb: “Mən hər kəsə yeni bir tabut vermək istəyirəm. Mən onu ərim üçün almışam, lakin o, mənim gözlədiyimdən daha çox yaşadı, ona görə də ona artıq ehtiyac yoxdur və evimdə lazımsız qarışıqlıq yaradır”.

Malik Atilay

 





30.09.2022    çap et  çap et