İraqda bəzi şəhərləri işğal etməklə Yaxın Şərqdən dünyaya meydan oxuyan İraq Şam İslam Dövləti (İŞİD) ilə bağlı daha şok məlumat yayılıb. İŞİD-in media qolu tərəfindən Twitter-də yayılan xəritədə təşkilatın islam dövləti quraraq, şəriət elan etmək istədiyi ölkələr göstərilib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o ölkələr arasında Azərbaycan və Türkiyə də var. İŞİD-in hədəfində olan digər ərazilər Roma, Qüds və Əndəlüsdür.
Son məlumata görə, İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən “İraq Şam İslam Dövləti” terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir
çap et