525.Az

"Karvan keçdi": gənc şairin ilk kitabı


 

"Karvan keçdi": gənc şairin ilk kitabı<b style="color:red"></b>

"Zərdabi nəşr" gənc şair Fuad Novruzlunun "Karvan keçdi" adlı şeirlər kitabını  oxuculara təqdim edir. Kitabın redaktoru və  ön sözün müəllifi tanınmış televiziya jurnalisti və aparıcısı İlhamiyyə Rzadır.

Kitabın annotasiyasında deyildiyi kimi gənc yazarın kitaba daxil etdiyi forma və məzmunca çox fərqli  bədii yazıları bəlkə də sabahın şeirləridir. Heç bir vəznə, qafiyəyə sığmayan bu yeni şeirlər daha çox fikir axını, ifadə sərbəstliyi və gənc müəllifin haqq-ədalət ölçülərini itirmiş narahat dünyamızın problemlərinə orijinal bədii yanaşması kimi maraqlıdır.

 Fuad Novruzlu  kitaba "Azərbaycan" və "Ulduz" jurnallarında, "525-ci qəzet"də, azlogos.az, artlogos.az, kulis.az, iklim.az kimi internet portallarında dərc etdirdiyi  45 şeirini, "Buxarlanma" adlı hekayəsini və "Post-həqiqət dövrü" adlı essesini daxil edib.

"Karvan keçdi" Fuad Novruzlunun ilk kitabıdır.

 





30.09.2022    çap et  çap et