525.Az

"Lan" qasırğası şiddətlənir


 

"Lan" qasırğası şiddətlənir<b style="color:red"></b>

ABŞ-ın Florida ştatında böyük fəsadlar törədən "Lan" qasırğasının Cənubi Karolina və Corciya ştatlarına doğru irəlilədiyi bildirilib.

525.az NASA-ya istinadən xəbər verir ki, Milli Meteoroloji Xidmətinin açıqlamasına görə, "Lan" qasırğası səbəbindən Floridanın şimal-şərqi, Corciya və Cənubi Karolina ştatlarının sahillərində həyat üçün təhlükə yaradan qasırğa təhlükəsi var. Milli Qasırğa Mərkəzi isə qasırğanın təxmini marşrutuna görə bu gün Cənubi Karolina sahillərinə yaxınlaşacağı, bu gecə və sabah Şimali və Cənubi Karolinanın daxili bölgələrinə doğru irəliləyəcəyi məlumatını paylaşıb.

Xatırladaq ki, Kubanı "3-cü kateqoriya" intensivliyi ilə vuran və böyük fəsadlara səbəb olan qasırğanın ABŞ ərazisinə çatdıqda "4-cü kateqoriya" intensivliyinə çata biləcəyi bildirilmişdi. Lakin Florida sahillərini "5-ci kateqoriya" qasırğası kimi vuran "Lan" yer sürətini itirərək "tropik fırtına"ya çevrilib.

Məhəmməd Tağıyev

 





01.10.2022    çap et  çap et