525.Az

Burkina Fasoda hərbi çevriliş


 

Burkina Fasoda hərbi çevriliş<b style="color:red"></b>

Burkina Fasoda hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını elan ediblər.

525.az dünya KİV-ə istinadən bildirir ki, Burkina Fasoda ordu hakimiyyəti ələ keçirib. Milli televiziyada bir zabitin oxuduğu bəyanatda prezident Paul Henri Damibanın vəzifədən uzaqlaşdırıldığı, konstitusiyanın fəaliyyətinin dayandırıldığı, hökumətin və parlamentin buraxıldığı açıqlanıb. 

Qərarın təhlükəsizlik baxımından alındığı, ölkə sərhədlərinin bağlandığı və ölkənin yeni liderinin ordu komandiri İbrahim Traore olduğu bildirilib. 

Yerli vaxtla saat 20:00-da televiziyaya çıxan 15 əsgər çevrilişlə bağlı açıqlama verərək, “Biz vahid idealı rəhbər tutaraq, torpaqlarımızın təhlükəsizliyinin və bütövlüyünün bərpası üçün  üstümüzə düşən vəzifələri icra etməyə qərar verdik."

Malik Atilay

 





01.10.2022    çap et  çap et