525.Az

İranda polis bölməsinə hücum: 19 ölü


 

İranda polis bölməsinə hücum: 19 ölü<b style="color:red"></b>

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə silahlı hücumdan sonra başlayan qarşıdurmalarda İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat komandiri polkovnik Əli Musəvinin də içində olduğu 19 nəfərin həyatını itirdiyi açıqlanıb.

525.az İran dövlət televiziyasına əsasən xəbər verir ki, ölkənin cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində polis məntəqəsinə hücumdan sonra İran təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada indiyədək 19 nəfərin həyatını itirdiyini bildirib.

İran dövlət televiziyasının terror hücumu olaraq verdiyi xəbərdə, ölənlər arasında İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki kəşfiyyat komandiri polkovnik Musəvinin də olduğu açıqlanıb.

Qeyd edək ki, Zahidanda 15 yaşlı qızın asayiş keşikçisi tərəfindən cinsi istismara məruz qalması ilə bağlı iddialara görə, cümə namazından sonra təhlükəsizlik qüvvələrinin polis bölməsinə hücum edilib.

Malik Atilay

 





01.10.2022    çap et  çap et