525.Az

Dünya Bankı Ukraynaya əlavə yardım ayırır


 

Dünya Bankı Ukraynaya əlavə yardım ayırır<b style="color:red"></b>

Dünya Bankı Ukraynaya təcili ehtiyaclarını ödəmək üçün əlavə 530 milyon dollarlıq dəstək verəcək.

525.az "NBC News"a istinadən xəbər verir ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) maliyyələşdirilməsi İngiltərə (500 milyon dollar) və Danimarka (30 milyon dollar) tərəfindən verilən kredit zəmanətləri hesabına dəstəklənib. Açıqlamada, Rusiyanın başlatdığı müharibənin yaratdığı təcili ehtiyacların qarşılanması üçün Ukraynaya ümumilikdə 530 milyon dollar əlavə dəstək veriləcəyi deyilib.

Sözügedən resurs səhiyyə, təhsil və sosial müdafiə kimi əsas dövlət xidmətlərinin göstərilməsi də daxil olmaqla "Ukraynada İnzibati Bacarıqların Dayanıqlılığı (Sülh) Layihəsi üçün Dövlət Xərcləri" çərçivəsində köçürüləcək. Dünya Bankı indiyədək Ukraynaya təcili maliyyə yardımı üçün təxminən 13 milyard dollar ayırıb. Bankın bəyanatında vurğulanır ki, maliyyə dəstəyi Ukraynaya əsas dövlət xidmətlərini göstərməyə davam etməyə imkan verir və müharibənin səbəb olduğu insan və iqtisadi itkilərin təsirini azaltmağa kömək edir.

Məhəmməd Tağıyev

 





01.10.2022    çap et  çap et