525.Az

Nikaraqua Hollandiya ilə diplomatik əlaqələrini kəsib


 

Nikaraqua Hollandiya ilə diplomatik əlaqələrini kəsib<b style="color:red"></b>

Nikaraqua Xarici İşlər Nazirliyi ölkənin Hollandiya ilə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.

525.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, Hollandiya "müdaxiləçi və neokolonial mövqeyi" ilə "Nikaraqua ailələrini alçaltmağa və təhqir etməyə davam edir". Hollandiyanın ölkənin işlərinə "müdaxiləsini" pisləyən Nikaraqua prezidenti Daniel Orteqa dünən Hollandiya ilə münasibətləri saxlamaq istəmədiyini bildirib.

Orteqa: "Hollandiyanın Mərkəzi Amerikadakı səfiri Kristin Pirennenin illər əvvəl tikəcəyinə söz verdikləri xəstəxananı bir daha maliyyələşdirməyəcəklərini açıqlamasından sonra səfir nikaraqualılarla danışmağa elə tərzdə gəldi ki, sanki Nikaraqua Hollandiyanın müstəmləkəsi idi"- deyib.

Məhəmməd Tağıyev

 





01.10.2022    çap et  çap et